Qrip

Qrip
Elektron mikroskopu vasitəsilə təqribən 100000 dəfə böyüdülmüş qrip virusunun mikrofotoqrafiyası
Elektron mikroskopu vasitəsilə
təqribən 100000 dəfə böyüdülmüş
qrip virusunun mikrofotoqrafiyası
XBT-10 J, J
XBT-10-KM J11.1
XBT-9
XBT-9-KM 487[1][2], 487.8[2]
OMIM 614680
DiseasesDB 6791
MedlinePlus 000080
eMedicine med/1170 
MeSH D007251
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qrip (fr. grippe) — qrip virusu tərəfindən törədilən nəfəs yollarının kəskin infeksiya xəstəliyi. Bu xəstəliyə həm insanlar, həm də heyvanlar və quşlar da yoluxur. Əsas simptomları titrəmə, qızdırma, boğaz ağrısı, əzələ ağrıları, kəskin baş ağrısı, öskürmə, zəiflik və ümumən narahatlıqdır. Bunların arasında boğaz ağrısı, qızdırma və öskürək ən çox rast gəlinənləridir. Qrip kəskin şəkildə olduqda sətəlcəm ilə nəticələnə bilər, bu isə ölümə səbəb ola bilər. Xüsusilə sətəlcəmə tutulma halları azyaşlı və qoca insanlarda daha çox baş verir. Qrip səbəbiylə immunitet sistemi o qədər zəifləyir ki, digər infeksiyalara qarşı bir şey edə bilməz vəziyyət gəlir.[3] Qrip digər qripə bənzəyən xəstəliklərlə, məsələn zökəm ilə tez-tez qarışdırılsa da, qrip daha ağır formalı xəstəlik hesab olunur və fərqli virusla yoluxma nəticəsində baş verir.

Adətən, qrip öskürmə və asqırma yolu ilə ötürülür. Qrip virusu gün şüası, dezinfeksiyaedici və təmizləyici vasitələrin təsiri altında aktivliyini itirir. Qrip virusu sabunun təsiri ilə aktivliyini itirdiyinə görə, mütəmadi olaraq əllərin sabunla yuyulması qripə yoluxma riskini azaldır. Qrip bütün dünyada mövsümi epidemiya şəklində yayılır və hər il orta hesabla 250.000 ilə 500.000 nəfər arasında insanın ölümünə səbəb olur. Böyük epidemiya olan illərdə isə illik insan ölümlərinin sayı bir neçə milyona çata bilər.[4] Statistikaya görə ABŞ-də 1979-cu ildən 2001-ci ilə qədər hər il orta hesabla 41.400 nəfər qripdən vəfat edib.

Qripə qarşı peyvənd inkişaf etmiş ölkələrdə geniş yayılıb. Onlar mütəmadi olaraq insanlara və təsərrüfat quşlarına vurulur. Peyvənd nəticəsində əmələ gələn qrip insandan insana ötürülmür, həmçinin çox zəif gücə malik olur. Qrip virus sürətlə təkamül etdiyinə görə müəyyən bir il üçün tətbiq edilən peyvənd növbəti il təsirini itirə bilər.

  1. Disease Ontology (ing.). 2016.
  2. 1 2 Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.
  3. "Medical Blog". 2019-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-06.
  4. "Ümumdünya Sağlamlıq Təşkilatı Qrip Haqqında". 2014-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-05.

Developed by StudentB